"Kristal Pelas" UEFA Konfrans Liqasının qalibi olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2026
01:30
0
0
1 426
ff aaaaaaa

"Kristal Pelas" UEFA Konfrans Liqasının qalibi olub

28 may, 2026
01:30
1 426

"Kristal Pelas" UEFA Konfrans Liqasının qalibi olub

UEFA Konfrans Liqasının qalibi məlum olub.

"Report" xəbər verir ki, final matçında İngiltərənin "Kristal Pelas" və İspaniyanın "Rayo Valyekano" komandaları üz-üzə gəlib.

Oyun Almaniyanın Leypsiq şəhərindəki "Red Bull Arena"da keçirilib və "Kristal Pelas"ın qələbəsi ilə başa çatıb – 1:0. Matçda yeganə qolu 51-ci dəqiqədə Jan-Filip Mateta vurub.

Qarşılaşmanı italiyalı FIFA referisi Mauritsio Mariani idarə edib.

"Kristal Pelas" ilk dəfə Avropa Kubokunu qazanıb. London komandasına avstriyalı məşqçi Oliver Qlasner rəhbərlik edir.

Xatırladaq ki, "Kristal Pelas" UEFA Konfrans Liqasının qalibi olduğundan növbəti mövsüm UEFA Avropa Liqasının əsas mərhələsində iştirak hüququ qazanacaq.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul