sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Valensiya" futbolçusu Larci Ramazaninin evi matç zamanı qarət edilib
İspaniyanın "Valensiya" klubunun futbolçusu Larci Ramazaninin evi qarət edilib.
"Sizinxeber.az" "Las Provincias" nəşrinə istinadən xəbər verir ki, hadisə La Liqanın XXXVIII turunda komandanın "Barselona"ya qarşı keçirdiyi oyun zamanı baş verib.
Oğrular pəncərədən evə daxil olublar. Binada quraşdırılmış siqnalizasiya sistemi isə hər hansı səbəbdən aktivləşməyib.
25 yaşlı belçikalı yarımmüdafiəçinin evindən nəğd pul və qızıl əşyalar aparılıb. Dəyən maddi ziyanın təxminən 100 min avro olduğu bildirilib.
Xatırladaq ki, müqavilə ilə İngiltərə təmsilçisi "Lids"ə məxsus olan Larci Ramazani icarə əsasən "Valensiya"da çıxış edib.
Oxşar xəbərlər
"Valensiya" futbolçusu ilə yollarını ayırıb
Fransa klubunun futbolçusunun evi qarət edilib
"Valensiya" klubunun baş məşqçi postuna namizəd bəlli olub
"Valensiya"nın sabiq futbolçusu daşqınlar nəticəsində ölüb
İspaniya klubunun futbolçusu polis tərəfindən saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Bakı metrosunda qatarların intervalında yubanmalar müşahidə olunur
-
Frank-Valter Ştaynmayer Azərbaycan Prezidentini təbrik edib
-
Oman sahillərində tanker atəşə tutulub
