ÜST rəhbəri Afrikada Ebola epidemiyası ilə mübarizə üçün vəsait çatışmazlığını bildirib
sizinxeber.az xəbər saytı

ÜST rəhbəri Afrikada Ebola epidemiyası ilə mübarizə üçün vəsait çatışmazlığını bildirib


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikası və Uqandada Ebola qızdırması epidemiyası ilə mübarizə üçün lazım olan maliyyənin yalnız üçdə birini əldə edib.

"Sizinxeber.az"un "Reuters" agentliyinə istinadən məlumatına görə, bunu ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

"Bu epidemiyanın qarşısının alınmasında bir çox çətinliklər var. Bu, çox mürəkkəb epidemiyadır və tələb olunan dəstək hələ əldə olunmayıb. Biz lazımi maliyyənin yalnız üçdə birini almışıq", - o deyib.

ÜST rəhbəri beynəlxalq birliyi, xüsusilə tibb işçilərinin lazımi ləvazimatlar və qoruyucu vasitələrlə təmin edilməsi də daxil olmaqla, dəstəyi artırmağa çağırıb.

Oxşar xəbərlər

Afrikada Ebolaya qarşı mübarizə üçün təxminən 319 milyon dollar lazımdır
Uqandada Ebola virusuna yoluxanların sayı beşə çatıb
Konqodakı amerikalılar Ebola xəstələri ilə təmasda şübhəli bilinirlər
Meksika hakimiyyəti DÇ-2026 ərəfəsində Ebola virusuna qarşı tədbirləri gücləndirib
Konqo Ebola ilə əlaqədar yoxlamadan sonra futbol üzrə dünya çempionatına buraxılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər