“Könüllülər Koalisiyası” döyüşlər bitdikdən sonra Ukraynaya "çəkindirmə qüvvələri" göndərməyə hazırdır
sizinxeber.az xəbər saytı

“Könüllülər Koalisiyası” döyüşlər bitdikdən sonra Ukraynaya "çəkindirmə qüvvələri" göndərməyə hazırdır


"Könüllülər Koalisiyası" döyüş əməliyyatları başa çatdıqdan sonra Ukraynaya çoxmillətli "çəkindirmə qüvvələri" göndərməyə hazır olduğunu təsdiqləyib.

"Report"un məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisi məlumat yayıb.

"Onlar döyüş əməliyyatları dayandırıldıqdan sonra "çəkindirmə qüvvələri"ni yerləşdirməyə və Ukraynanın səması ilə dənizlərinin təhlükəsizliyinin təmin olunmasına, silahlı qüvvələrin bərpasına kömək etməyə hazır olduqlarını bir daha vurğuladılar", - məlumatda qeyd olunub.

Bu məlumat Birləşmiş Krallıq, Fransa və Almaniyanın sədrliyi ilə 17 avqustda keçirilən "Könüllülər Koalisiyası"nın virtual iclasının nəticələrinə əsasən dərc edilib.

Oxşar xəbərlər

“Könüllülər Koalisiyası” döyüşlər bitdikdən sonra Ukraynaya çəkindirmə qüvvələri göndərməyə hazırdır
“İstəklilər Koalisiyası” döyüşlər bitdikdən sonra Ukraynaya qüvvə göndərməyə hazırdır
"The Times": Britaniya Ukraynada hərbi kontingent yerləşdirməyəcək
KİV: “Könüllülər Koalisiyası” Ukraynada atəşkəslə bağlı mövqeyini kəskin dəyişə bilər
Zelenski Brüsselə “Könüllülər Koalisiyası”nın iclasında iştirak etmək üçün gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər