İrakli Kobaxidze Gürcüstanın müsəlman icmasını Qurban bayramı münasibətilə təbrik edib
sizinxeber.az xəbər saytı

İrakli Kobaxidze Gürcüstanın müsəlman icmasını Qurban bayramı münasibətilə təbrik edib


Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin müsəlman icmasını Qurban bayramı münasibətilə təbrik edib.

"Sizinxeber.az"un yerli bürosunun xəbərinə görə, Baş nazirin yaydığı təbrik mesajında qeyd olunub ki, Gürcüstanda müsəlman icması ilə əsrlər boyu davam edən birgəyaşayış, qarşılıqlı hörmət və mədəni dəyərlərə ehtiram ölkənin güclü gələcəyinin əsasını təşkil edir.

"Bizim müsəlman həmvətənlərimizi xeyirxahlıq, qarşılıqlı yardım və ümid bayramı olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm", - İrakli Kobaxidze bildirib.

Baş nazir vurğulayıb ki, Gürcüstanda müxtəlif dini icmalar arasında sülh və harmoniyanın qorunması mühüm əhəmiyyət daşıyır və bu ənənə ölkənin ən böyük dəyərlərindən biridir: "Bu gün ailələrinizdə hökm sürən bayram əhval-ruhiyyəsinə qoşuluram və hər birinizə sülh, firavanlıq və xoşbəxtlik arzulayıram".

Oxşar xəbərlər

Gürcüstan Prezidenti və Baş naziri müsəlman icmasını təbrik edib
Azərbaycan XİN İslam aləmini Qurban bayramı münasibətilə təbrik edib
Xorvatiya, Niderland, Rusiya və Moldova səfirlikləri Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib
İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Gürcüstanda müsəlmanlar Ramazan bayramını qeyd edirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər