"The Times": Britaniya Ukraynada hərbi kontingent yerləşdirməyəcək
sizinxeber.az xəbər saytı

"The Times": Britaniya Ukraynada hərbi kontingent yerləşdirməyəcək


Böyük Britaniya hakimiyyəti Ukrayna ərazisində "istəkli ölkələr koalisiyası" təşəbbüsü çərçivəsində hərbi "sülhməramlı qüvvələrin" yerləşdirilməsi planlarından imtina edib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Britaniya hərbi rəhbərliyi artıq Ukraynaya 30 min nəfərlik kontingent göndərməyi planlaşdırmır. Bunun əvəzinə, ölkənin baş naziri Kir Starmer indi Qərbi Ukrayna üzərindəki hava məkanında təhlükəsizliyin təmin edilməsi, Ukrayna hərbçilərinin hazırlanmasına kömək və Qara dənizdə minatəmizləmə işlərini əhatə edən daha "realistik missiya"nı nəzərdən keçirir.

Xatırladaq ki, daha əvvəl "istəkli ölkələr koalisiyası" üzrə həmkarlarına müraciətində Starmer bildirmişdi ki, Britaniya döyüş əməliyyatları başa çatan kimi çəkindirmə qüvvələrinin yerləşdirilməsi planlarını dəstəkləməyə hazırdır.

Onu da qeyd edək ki, Ukrayna ilə bağlı onlayn görüşlər seriyası avqustun 13-də Almaniya Kansleri Fridrix Mertsin təşəbbüsü ilə keçirilib. Almaniya hökumətinin başçısı əvvəlcə ABŞ Prezidenti Donald Trampla gələcək məsləhətləşmələrin ilkin müzakirəsi üçün Ukraynanın ən yaxın Avropa müttəfiqləri ilə əlaqə saxlayıb. Daha sonra Amerika lideri və vitse-prezident Cey Di Venslə telekonfrans keçirilib. Bundan sonra kansler müzakirələrin nəticələrini "istəkli ölkələr koalisiyası" çərçivəsində müzakirə edib.

Oxşar xəbərlər

Britaniya Ukraynaya sülhməramlı göndərməklə yanaşı, bu ölkədə hərbi baza yerləşdirə bilər
Fransa və Böyük Britaniya Ukraynada hərbi kontingent yerləşdirilməsi ilə bağlı təcili görüş keçirəcək
Britaniya Ukrayna üçün dronların alınmasına 9,5 milyon dollar ayıracaq
Britaniya 5 il müddətinə Ukraynada qoşun yerləşdirə bilər
The Times: Britaniya ABŞ-dən əlavə “F-35”lər alacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər