Ukrayna Çexiyanın təşəbbüsü ilə 2025-ci ildə 1 milyon mərmi alıb
2025-ci ildə Ukrayna rəsmi Praqanın irəli sürdüyü təşəbbüs çərçivəsində Qərb dövlətlərinin vəsaiti hesabına üçüncü ölkələrdən alınan 1 milyon ədəd iriçaplı artilleriya mərmisi alıb.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə Çexiyanın ČTK informasiya agentliyi baş nazir Petr Fialaya istinadən xəbər yayıb.
Baş nazir Ukraynanın aldığı mərmilərin sayını Kiyevi dəstəkləyən "istəkli ölkələr koalisiyası"na daxil olan dövlətlərin liderlərinin iştirakı ilə keçirilən onlayn konfransdan sonra açıqlayıb.
“Bildirmək istəyirəm ki, bu il Çexiyanın təşəbbüsü sayəsində biz Ukraynaya 1 milyon ədəd iriçaplı sursat tədarük etmişik”, – deyə agentlik baş nazirin sözlərini çatdırıb.
Agentliyin məlumatına görə, 2024-cü ildə Ukrayna Çexiyanın təşəbbüsü ilə 1,5 milyon mərmi alıb. Çexiyaya məxsus KİV-lərin əvvəlki məlumatına əsasən, 2025-ci ildə Ukraynaya 1,8 milyon ədəd iriçaplı mərmi göndərilməsi planlaşdırılır.
Xatırladaq ki, Rusiya Ukrayna ərazilərini işğal etmək üçün müharibəyə başladıqdan sonra Çexiya Qərb ölkələrinin hesabına üçüncü ölkələrdən Ukrayna Silahlı Qüvvələri üçün sursat alınması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsə təxminən 20 ölkə qoşulub.
Oxşar xəbərlər
Çexiya Ukraynaya 500 min iriçaplı mərmi göndərib
Almaniya Ukrayna SQ-yə 1 milyard avrodan çox ianə ayırıb
Danimarka, Niderlan və Çexiya 2025-ci ildə Ukrayna üçün mərmi almağa davam edəcək
Niderland Ukraynaya 271 milyon avro ayıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
May ayının son gününə olan hava proqnozu açıqlanıb
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
-
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
-
Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
