Ceyhun Bayramov və İshaq Dar enerji əməkdaşlığının genişləndirilməsini müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov və İshaq Dar enerji əməkdaşlığının genişləndirilməsini müzakirə ediblər


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmmdə İshaq Dar BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən açıq debatları çərçivəsində enerji və mayeləşdirilmiş təbii qaz sektorunda əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Müdafiə sahəsində tarixi əlaqələr və Pakistanın Baş naziri Şahbaz Şərif ilə Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi nəticəsində yaranmış yüksək dinamika xüsusi qeyd olunub. Həmçinin güzəştli ticarət və tranzit ticarəti sazişləri çərçivəsinin optimallaşdırılması hesabına iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də enerji və mayeləşdirilmiş təbii qaz sektorunda qarşılıqlı fəaliyyətin artırılması barədə razılıq əldə olunub", - məlumatda bildirilib.

Tərəflər həmçinin BMT Nizamnaməsinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə sadiqliklərini təsdiqləyib, Qlobal Cənub ölkələrinin ədalətli beynəlxalq nizamın formalaşdırılmasında rolunun vacibliyini vurğulayıblar.

Oxşar xəbərlər

Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
Ceyhun Bayramov və Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib - YENİLƏNİB
Azərbaycan və Pakistan XİN başçıları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər