Çexiya Ukraynaya 500 min iriçaplı mərmi göndərib
Çexiya 2025-ci ilin ilk dörd ayında döyüş sursatlarıyla bağlı təşəbbüs çərçivəsində Ukraynaya 500 minə yaxın iriçaplı artilleriya mərmisi göndərib.
“Sizinxeber.az” Çexiya televiziyasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Petr Fiala Praqada Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
“Bu günə olan duruma görə, bu il Ukraynaya sursat təşəbbüsü çərçivəsində yarım milyona yaxın iriçaplı artilleriya mərmisi göndərilib. Düşünürəm ki, bu təşəbbüs çərçivəsində bu il üçün nəzərdə tutulan plan yerinə yetiriləcək”, - o deyib.
Xatırladaq ki, mayın 4-də Zelenski ilə danışıqlardan sonra Çexiya Prezidenti Petr Pavel mətbuat konfransında 2025-ci ildə sursat təşəbbüsü çərçivəsində Ukraynaya təxminən 1,8 milyon ədəd iriçaplı artilleriya mərmisinin çatdırılmasının planlaşdırıldığını açıqlamışdı.
Qeyd edək ki, Çexiya rəhbərliyinin təklifi ilə 2024-cü ilin yazından “Çexiyanın döyüş sursatı təşəbbüsü” çərçivəsində bir sıra Qərb ölkələrinin maliyyə iştirakı ilə üçüncü ölkələrdə əsasən iriçaplı artilleriya mərmilərinin toplanması aparılır və sonradan Ukrayna Silahlı Qüvvələrinə göndərilir. Çexiya Müdafiə Nazirliyinin məlumatına görə, 2024-cü ildə 1,5 milyondan çox artilleriya mərmisi yığılaraq Ukraynaya göndərilib.
Oxşar xəbərlər
Danimarka, Niderlan və Çexiya 2025-ci ildə Ukrayna üçün mərmi almağa davam edəcək
Danimarka, Niderland və Çexiya 2025-ci ildə Ukrayna üçün mərmi almağa davam edəcək
Ukrayna Prezidenti Çexiyada səfərdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
