Yaponiyada əhali rekord həddə azalıb
Yaponiyada son 5 ildə əhali sayı 3,09 milyon nəfər azalıb ki, bu da ölkədə statistika aparıldığı dövrdən bəri ən böyük göstərici hesab olunur.
Sizinxeber.az xəbər verir ki, Yaponiyanın İnzibati İşlər və Kommunikasiyalar Nazirliyinin açıqladığı siyahıyaalmanın nəticələrinə görə, 2025-ci il oktyabrın 1-nə ölkə əhalisi 123 milyon 49 min 524 nəfər təşkil edib.
Bu, 2020-ci illə müqayisədə 2,5 faiz azalma deməkdir.
Əhali sayında azalma artıq üçüncü siyahıyaalma dövrüdür ki, ardıcıl qeydə alınır. Nazirlik bunu əsasən doğum səviyyəsinin aşağı düşməsi və cəmiyyətin qocalması fonunda ölüm hallarının doğumları üstələməsi ilə izah edir.
47 prefekturadan yalnız ikisində – Tokioda (1,4 faiz) və Okinavada (0,1 faiz) əhali artımı qeydə alınıb. Ən böyük azalma isə Akita (8,1 faiz) və Aomori (7,9 faiz) prefekturalarında müşahidə olunub.
Oxşar xəbərlər
Yaponiyada rekord istilər qeydə alınıb
Avropada istixana qazlarının həcmi azalıb
Ötən ilin yanvar-noyabr aylarında bəzi xəstəlik faizləri azalıb
Ermənistanın Auditorlar Palatasının sədri: Belə davam edərsə, 25 ilə ölkədə əhali qalmayacaq
2024-cü ildə dünya əhalisi təxminən 82 milyon nəfər artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buna görə milyonlarla insan işini itirə bilər - Putin
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
-
Amerikalı nazirdən İrana xəbərdarlıq: Vaşinqtonun səbri sonsuz deyil
-
"Fars": İranın cənubundan raketlər buraxılıb
