KİV: Tramp Venslə Rubio arasında prezidentlik uğrunda rəqabəti qızışdırır
sizinxeber.az xəbər saytı

KİV: Tramp Venslə Rubio arasında prezidentlik uğrunda rəqabəti qızışdırır


ABŞ Prezidenti Donald Tramp 2028-ci ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından öz xələfini açıqlamağa tələsmir.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrinə istinadən məlumat yayıb.

"Tramp bu vəzifəyə və onun təsdiqinə iddalı bir çox respublikaçı olduğunu nəzərə alaraq xələfini seçmək üçün tələsmir. O hesab edir ki, respublikaçıların növbəti lideri bu vəzifəyə layiq olmalıdır"

Nəşr onu da yazıb ki, Ağ Ev rəhbəri siyasi karyerasının sonu barədə düşünməyi sevmir və iddialı respublikaçıların onun təsdiqi uğrunda mübarizəsini izləməyə üstünlük verir.

Xüsusilə qeyd olunub ki, Tramp öz varisi vəzifəsi uğrunda vitse-prezident Ceyms Devid Vensi və dövlət katibi Marko Rubio arasında rəqabəti qızışdırır.

Oxşar xəbərlər

Tramp 2028-ci il seçkilərində ehtimal olunan varisinin adını açıqlayıb
Tramp “The Wall Street Journal”ı yalan informasiyada ittiham edib
Ağ Evdə Tramp və Rutte arasında görüş başlayıb
Tramp Floridada prezident seçkilərində səs verib
Rubio: Tramp və Si Cinpinin görüş tarixi razılaşdırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər