Məcnun Məmmədov: "Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur"
Son 5 il ərzində Azərbaycanda heyvanların sayında azalma müşahidə olunur.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.
Onun sözlərinə görə, bununla belə, ət istehsalında və adambaşına ət istehlakında artım müşahidə edilir: "Artan ət istehsalı, təəssüf ki, artan ət istehlakını qarşılaya bilmir və buna görə də ət idxalı son illərdə artıb. Qeyd edim ki, bu sahənin qarşısında duran əsas çağırışlardan biri məhz məhsuldarlıqdır. Heyvandarlıqda məhsuldarlıq bu gün istəniləndən daha aşağıdır. Eyni zamanda, sürüdə cins heyvanların sayı cəmi 2,5 % təşkil edir. Bu da, təəssüf ki, bizə məhsuldarlığı ciddi şəkildə artırmağa şərait yaratmır. Bu nöqteyi-nəzərdən məhz heyvandarlıq sahəsində intensivləşmənin nəyə görə vacib olduğunu təqdim etmək istəyirəm. Bitkiçilik sektorunda olduğu kimi, heyvandarlıq sektorunda da biz həm süd, həm də ət istehsalında ekstensiv təsərrüfatların artıq öz inkişaf imkanlarını tükətdiyini görürük. Son 5 ildə də əsas artımın məhz intensiv təsərrüfatların hesabına olduğunu görürük. Halbuki, onların sayı bu gün Azərbaycanda azdır və biz onların artırılmasına nail olmalıyıq. Eyni zamanda, intensivləşmə ilə bağlı qeyd edim ki, əgər ailə təsərrüfatında yerli bir cins inək ildə 1 800 litr süd verirsə, intensiv təsərrüfatlarda bir inək başına məhsuldarlıq 7 500 litrdir, hətta az sayda olsa belə, bəzi təsərrüfatlarda 10 min-12 min litrə çatır. Eyni mənzərəni biz intensiv təsərrüfatlarda mal ətində də görə bilirik".
Oxşar xəbərlər
Nazir: "Müasir suvarmanın genişləndirilməsi əsas istiqamətlərdən biri olmalıdır"
Azərbaycana ət və süd tələbatını ödəmək üçün lazım olan damazlıq heyvan sayı açıqlanıb
Məcnun Məmmədov: "Ərzaqlıq buğda istehsalının məhsuldarlığı 5 tona çatdırılacaq" - EKSKLÜZİV
Nazir: "İqlim dəyişikliyinin aqrar sahəyə ciddi mənfi təsiri müşahidə olunur"
Nazir müavini: "Heyvandarlıqda yeni subsidiya modelləri tətbiq ediləcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Mahir Emreli: "Yayda karyeramın ən vacib qərarlarından birini verəcəyəm"
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
İran ABŞ-nin təklifinə cavab verdi
-
Kuba dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
