Assosiasiya sədri: "Yeni dövlət proqramı taxılçılıqda daha səmərəli inkişaf modeli formalaşdıracaq"
Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən yeni dövlət siyasəti aqrar sektorda mühüm dönüş mərhələsi kimi qiymətləndirilir.
Xüsusilə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiqlənməsi taxılçılıq sahəsində yeni inkişaf modelinin formalaşdırılmasına zəmin yaradır.
Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Niyazi Əmirbəyov "Sizinxeber.az"a bildirib ki, Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirilən fikirlər və sonradan təsdiqlənən Dövlət Proqramı ölkənin aqrar siyasətində yeni prioritetləri müəyyənləşdirib.
Onun sözlərinə görə, proqramın əsas məqsədi kənd təsərrüfatının müasir çağırışlara uyğun inkişafını təmin etmək, rəqabətqabiliyyətliliyi artırmaq və yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılıq modelinə keçidi sürətləndirməkdir:
"Eyni zamanda, yerli istehsal potensialının genişləndirilməsi vasitəsilə ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi əsas hədəflərdən biri kimi müəyyən olunub. Proqram çərçivəsində bölgələrdə taxılçılıq ənənələrinin yenidən bərpası və sahənin inkişafı üçün bir sıra konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Prioritet istiqamətlərdən biri müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, su resurslarından daha səmərəli istifadə edən innovativ texnologiyaların təşviqi və əkin sahələrinin məhsuldarlığının artırılmasıdır".
N.Əmirbəyov vurğulayıb ki, bu addımlar istehsalın dayanıqlığını təmin etməklə yanaşı, məhsul keyfiyyətinin yüksəldilməsi baxımından da mühüm əhəmiyyət daşıyır:
"Fermerlərin yeni texnologiyalara çıxış imkanlarının genişləndirilməsi məqsədilə subsidiya, güzəştli kredit və digər maliyyə dəstəyi mexanizmlərinin tətbiqi də nəzərdə tutulur. Bununla yanaşı, yüksək məhsuldarlığa malik toxum sortlarının istifadəsinin artırılması, aqrotexniki xidmətlərin gücləndirilməsi və müasir kənd təsərrüfatı texnikalarının tətbiqi də əsas istiqamətlər sırasında yer alır. Taxıl silolarının və logistika infrastrukturunun inkişaf etdirilməsi də Dövlət Proqramının mühüm komponentlərindən biridir. Bu tədbirlər məhsul itkilərinin minimuma endirilməsinə, saxlama imkanlarının genişləndirilməsinə və fermerlərin bazarlara daha rahat çıxış əldə etməsinə şərait yaradacaq".
O əlavə edib ki, dəqiq əkinçilik texnologiyalarının təşviqi, torpaq becərilməsi, effektiv gübrələmə və su idarəçiliyi ilə bağlı maarifləndirmə tədbirlərinin də genişləndirilməsi planlaşdırılır:
"Həyata keçirilən kompleks islahatlar yalnız istehsalın artırılmasına deyil, həm də fermerlərin bilik və bacarıqlarının inkişafına xidmət edəcək. Bu proses regional taxılçılıqda yeni və daha səmərəli inkişaf modelinin formalaşmasına imkan yaradacaq".
Oxşar xəbərlər
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb
Azərbaycanda cins heyvanların saxlanıldığı təsərrüfatların kreditlərin faizləri subsidiyalaşdırılacaq
Azərbaycanda cins heyvanların saxlanıldığı təsərrüfatların kreditlərinin faizləri subsidiyalaşdırılacaq
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Elnur Məmmədov: Azərbaycan Ekvadorun Mərkəzi Asiya ölkələrinə ixracı üçün logistik hab olmağa hazırdır
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
