Prezident İlham Əliyev Efiopiya Baş nazirinə təbrik ünvanlayıb
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev Efiopiya Baş nazirinə təbrik ünvanlayıb


Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əliyə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Baş nazir,

Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Efiopiya arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

Fevral ayında Azərbaycana səfəriniz çərçivəsində Sizinlə məhsuldar görüşümüzü, apardığımız fikir mübadiləsini və müzakirələri yüksək qiymətləndirirəm. Səfər əsnasında Azərbaycan-Efiopiya əlaqələrinin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdiyimiz razılaşmalar ikitərəfli gündəliyimizin əhatə dairəsinin genişləndirilməsi üçün yeni imkanlar açmışdır.

Əminəm ki, dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Efiopiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Azərbaycan lideri Maldiv Prezidentinə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Efiopiya Prezidenti ilə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev finlandiyalı həmkarına təbrik ünvanlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər