Yusif Abdullayev: "20 il ərzində Azərbaycana 350 milyard dollardan çox investisiya yatırılıb" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2026
12:30
0
0
1 088
ff aaaaaaa

Yusif Abdullayev: "20 il ərzində Azərbaycana 350 milyard dollardan çox investisiya yatırılıb"

26 may, 2026
12:30
1 088

Yusif Abdullayev: "20 il ərzində Azərbaycana 350 milyard dollardan çox investisiya yatırılıb"

Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların ümumi məbləği 350 milyard ABŞ dollarını ötüb.

"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev "Xəzər regionuna investisiyalar" adlı işgüzar paneldə çıxışı zamanı bildirib.

O vurğulayıb ki, qeyd olunan məbləğin yarısı xarici kapital qoyuluşunun payına düşür: "Söhbət özəl investisiyalardan gedir. Neft sektoru 1990-cı illərin əvvəllərində Azərbaycan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi idi. 2000-ci illərin əvvəllərindən irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə başlanılıb. Prioritet istiqamətlərdən biri də ölkənin həm neft, həm də qaz sənayesinin inkişafına böyük təkan verən qaz kəmərinin tikintisi olub".

AZPROMO rəhbərinin sözlərinə görə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi də dövlətin əsas vəzifəsidir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul