Qambiya paytaxtının meri Bakıdan çağırış edib
Mənzil insan hüququdur və onun təmin edilməsi dövlətlərin demokratik vəzifəsidir.
APA xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhər Forumunun (WUF13) bağlanış mərasimində Qambiyanın paytaxtı Bancul şəhərinin meri və Afrika Yerli Seçilmiş Qadınlar Şəbəkəsinin (REFELA Africa) prezidenti Rohey Malik Lou deyib.
Onun sözlərinə görə, ləyaqətli mənzil təminatı keyfiyyətli ictimai xidmətlər olmadan mümkün deyil.
“Bakıdan bu çağırışı edirik: mənzil insan hüququdur və onun təminatı demokratik vəzifədir”, - o vurğulayıb.
Rohey Malik Lou qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci məqsədi və Yeni Şəhər Gündəliyi qarşısında duran hədəflərə nail olmaq üçün inkişafın qarşısını alan struktur maneələr aradan qaldırılmalıdır.
O vurğulayıb ki, bərabərsizlik, yoxsulluq və mənzilin maliyyə aktivinə çevrilməsi kimi problemlər şəhərlərin dayanıqlı inkişafına mane olur.
REFELA Africa prezidenti qeyd edib ki, yerli və regional hakimiyyət orqanları yalnız qərarların icraçısı deyil, həm də qlobal öhdəliklərin formalaşdırılmasında iştirak edən siyasi tərəflərdir.
“Bu, təkcə siyasət məsələsi deyil. Bu, etimad, demokratiya və çoxtərəfli əməkdaşlığın gələcəyi məsələsidir”, - o əlavə edib.
Oxşar xəbərlər
Mayra Mendoza: Latın Amerikasında şəhər əhalisinin 30%-dən çoxu qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır
Rohi Malik Lou: Mənzil təminatı sosial siyasətdən daha çox insan hüququdur
Malayziya 10 ildə 1 milyon əlverişli və inklüziv mənzil tikməyi planlaşdırır
Qambiya paytaxtının meri Azərbaycana minnətdarlığını bildirib
BMT Assambleyasının Prezidenti: Azərbaycan WUF13 kimi mühüm qlobal tədbirə uğurla ev sahibliyi edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
