Gürcüstan azərbaycanlı da daxil olmaqla 86 əcnəbini deportasiya edib
sizinxeber.az xəbər saytı

Gürcüstan azərbaycanlı da daxil olmaqla 86 əcnəbini deportasiya edib


Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər keçirilən tədbirlər nəticəsində 86 xarici vətəndaşı ölkədən deportasiya ediblər.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, Miqrasiya Departamenti tərəfindən nazirliyin aidiyyəti qurumları ilə birgə həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə, Rusiya, Hindistan, Türkmənistan, Keniya, Nigeriya, Çin, Azərbaycan, Filippin, Banqladeş, Misir, Pakistan, Sudan, İraq, Qazaxıstan, Özbəkistan və digər ölkələrin vətəndaşları olmaqla ümumilikdə 86 nəfər Gürcüstandan çıxarılıb.

Qeyd olunub ki, deportasiya edilən şəxslərin Gürcüstana girişinə qanunvericiliyə uyğun olaraq məhdudiyyət tətbiq edilib.

Oxşar xəbərlər

Gürcüstandan Azərbaycan vətəndaşı da daxil olmaqla 78 nəfər deportasiya edilib
Gürcüstan 36 əcnəbini deportasiya edib, aralarında azərbaycanlı da var
Azərbaycan vətəndaşının da daxil olduğu 34 əcnəbi Gürcüstandan deportasiya olunub
Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 34 əcnəbi deportasiya edilib 
Gürcüstandan 96 əcnəbi deportasiya edilib, azərbaycanlı da var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər