Tramp “The Wall Street Journal”ı yalan informasiyada ittiham edib
sizinxeber.az xəbər saytı

Tramp “The Wall Street Journal”ı yalan informasiyada ittiham edib


ABŞ Prezidenti Donald Tramp “The Wall Street Journal”ın maliyyə naziri Skott Bessentin onu Federal Ehtiyat Sisteminin sədri Cerom Paueli işdən çıxarmamağa inandırmağa çalışması ilə bağlı xəbəri təkzib edib.

"Report" xəbər verir ki, bu barədə Amerika lideri "Truth" sosial şəbəkəsində yazıb.

"The Wall Street Journal"ın dərc etdiyi yalançı məqalədə deyilir ki, Scott Bessent guya mənə Cerom Pauelin işdən çıxarılmasının bazar üçün pis olacağını deyib. Heç kim mənə bunu izah etməyib", - Tramp qeyd edib.

O vurğulayıb ki, ABŞ üçün nəyin faydalı olduğunu hamıdan yaxşı bilir və onun iştirakı olmadan Amerika bazarı çökə bilərdi.

Oxşar xəbərlər

Tramp "Wall Street Journal" nəşrini məhkəməyə verir
“The Wall Street Journal”: Trampın Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq fürsəti var
KİV: Tramp yeni FES rəhbəri təyinatını erkən elan edə bilər
Tramp maliyyə naziri vəzifəsinə investor Bessenti təklif edib
ABŞ-ın maliyyə naziri Trampın FED sədrini vəzifəsindən azad etməsini istəmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle