Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 126 ton karbamid və 67 ton un yola salınıb - FOTO
sizinxeber.az xəbər saytı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 126 ton karbamid və 67 ton un yola salınıb - FOTO


Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

APA xəbər verir ki, 2 vaqondan ibarət çəkisi 126 ton olan karbamid və 1 vaqondan ibarət çəkisi 67 ton olan un bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 28 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Oxşar xəbərlər

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib - YENİLƏNİB - FOTO
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə karbamid və un yola salınıb
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 10 vaqon gübrə göndərilib - YENİLƏNİB - FOTO
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər