Tramp Floridada prezident seçkilərində səs verib
sizinxeber.az xəbər saytı

Tramp Floridada prezident seçkilərində səs verib


ABŞ-də Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Donald Tramp prezident seçkilərində səs verib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə CNN televiziya şirkəti məlumat yayıb.

Tramp Florida ştatının Palm-Biç şəhərindəki seçki məntəqələrindən birində şəxsən səs verib.

Səsvermədən sonra mətbuata açıqlama verən siyasətçi, seçkilərdə qalib gələcəyinə tam əmin olduğunu bildirib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri keçirilir. Ağ Evin sabiq rəhbəri Donald Tramp və hazırkı vitse-prezident Kamala Harris bu vəzifə üçün mübarizə aparır.

Oxşar xəbərlər

Donald Tramp əsas rəqibi Kamala Harrislə debata çıxacaq
Bayden prezident seçkilərində erkən səs verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər