Rossbax: WUF13-də ilk dəfə dövlət başçıları mənzil siyasətini birgə müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Rossbax: WUF13-də ilk dəfə dövlət başçıları mənzil siyasətini birgə müzakirə ediblər


BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax qlobal mənzil böhranının həlli üçün yeni çoxtərəfliliyə çağırış edib.

Sizinxeber.az-nın xəbərinə görə, o, WUF13 çərçivəsində keçirilən “Çoxtərəflilik vasitəsilə mənzil təminatının inkişafı: Qlobal öhdəliklərdən yerli təsirə doğru” tədbirində deyib ki, WUF13 çərçivəsində keçirilən müzakirələrdə qlobal mənzil böhranı, məlumatlara çıxışda bərabərsizlik və yeni çoxtərəflilik modeli əsas mövzular kimi ön plana çıxıb.

“Mənzil və şəhər inkişafı sahəsində mövcud problemlərin həlli üçün yalnız elmi tədqiqatlara əsaslanmaq kifayət etmir. Praktikada çalışan mütəxəssislərin prosesə daha çox cəlb olunması və “birgə istehsal” yanaşmasının tətbiqi vacibdir. Qlobal Şimal və Cənub arasında məlumatlara çıxış və institusional imkanlar baxımından ciddi fərqlər mövcuddur. Bəzi məlumatların ümumiyyətlə əlçatan olmaması və ya “qapalı” qalması qərarların qəbuluna mənfi təsir göstərir. Ona görə də çalışan praktiklərin çoxu gördükləri işləri sənədləşdirmək və məlumat bazası yaratmaq imkanına malik deyil. Bu səbəbdən dövlətlər, cəmiyyətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi tələb olunur.

Siyasi və texniki sahələr arasında boşluq da var. Şəhər planlaşdırması və mənzil siyasəti təkcə texniki deyil, eyni zamanda siyasi xarakter daşıyır, xüsusilə torpaq istifadəsi kimi məsələlərdə ciddi siyasi qərarlar rol oynayır. WUF13 çərçivəsində ilk dəfə dövlət başçıları və ekspertlərin eyni platformada bir araya gələrək şəhərsalma və mənzil siyasətini texniki səviyyədə müzakirə etməsi mühüm irəliləyiş oldu”.

Oxşar xəbərlər

UN-Habitat: WUF13-dən WUF14-ə gedən yol yerli icranın gücləndirilməsindən keçir
UN-Habitat rəhbəri: Mənzil böhranının həlli daxili maliyyədən keçir
İcraçı direktor: WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur
WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur
Komitə sədri: Mənzil təminatı sadəcə sosial məsələ deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər