Monteneqro, Serbiya və İtaliyanın diplomatik missiyaları Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2026
11:30
0
0
1 339
ff aaaaaaa

Monteneqro, Serbiya və İtaliyanın diplomatik missiyaları Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

28 may, 2026
11:30
1 339

Monteneqro, Serbiya və İtaliyanın diplomatik missiyaları Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev və Serbiya, İtaliyanın Azərbaycandakı səfirlikləri Müstəqillik Günü münasibətilə Azərbaycana təbriklər ünvanlayıblar.

"Sizinxeber.Az" xəbər verir ki, təbrik mesajları "X" sosial şəbəkəsində paylaşılıb.

Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi və demokratik respublika kimi Azərbaycan Demokratik Respublikasının yaradılmasının tarixi əhəmiyyətini qeyd edib.

"Biz respublikanın qurucularının xatirəsini yad edir, Azərbaycan xalqının gücünü, birliyini və nailiyyətlərini qeyd edirik. Azərbaycana davamlı sülh, firavanlıq və uğurlar arzulayırıq. Müstəqillik Günü mübarək!", - o əlavə edib.

Serbiya səfirliyi vurğulayıb: "Qardaş Azərbaycan xalqını və hökumətini Müstəqillik Günü münasibətilə təbrik edirik! Arzu edirik ki, bu gün həmişə sülh, əmin-amanlıq və rifah şəraitində qeyd olunsun!".

İtaliya səfirliyi də Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını və hökumətini təbrik edib və ən xoş arzularını ifadə edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul