Podolyak: Avropalılar Rusiyanın müharibəni dondurub, Avropada təxribatlarının sayını artırmasına hazırdırlarmı?
Əgər Ukrayna hərbi resurslara, hücum alətlərinə, raketlərə məhdudiyyətsiz çıxışa malik olsa, yaxud öz dron istehsalına, uzaqmənzilli dronlara daha çox investisiya qoysa, Rusiya ərazisində müharibə 20 dəfəyə qədər genişlənə bilər.
Bunu "Sizinxeber.az"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
Onun fikrincə, belə olan halda Rusiyada hərbi infrastruktur daha sürətlə dağılar, tamamilə fərqli bir mənzərə yarana bilər:
"Problem ondadır ki, Rusiya münaqişənin dondurulmasını yox, onu uzatmaq istəyir. Mənim Qərbi Avropa ölkələri siyasətçilərinə başqa sualım var. Onlar Avropa istiqamətində daimi müharibə vəziyyətində yaşamağa hazırdırlarmı? Yəni bu gün Rusiya Ukraynaya hücum edir, sonra isə məsələn, siyasi texnologiyalar vasitəsilə payızda parlament seçkilərində seçki prosesinə müdaxilə etməyə çalışacaq. Daha sonra o, Baltik ölkələrinə hücum edəcək. Soruşuram, Avropa buna hazırdırmı? Avropa ərazisində təxribatların sayı və miqyası, bu ölkələrdə daxili siyasi proseslərə müdaxilə artacaqsa, o zaman, bəli, burada münaqişə dona bilər", - əlavə edib.
Oxşar xəbərlər
Podolyak: Ukrayna Rusiya ilə danışıqların aparılması qaydalarının razılaşdırılmasını istəyir
Mixaylo Podolyak: Ukrayna ABŞ-də kimin prezident seçilməsindən asılı olmayaraq dəstəyin davam etdirilməsini istəyir
Mixaylo Podolyak: Rusiya danışıqlar prosesinə hazır olduğunu nümayiş etdirməlidir
Podolyak: Ukrayna Rusiya ilə danışıqlara hazırdır
Podolyak: 2025-ci il Ukrayna üçün çətin, amma həlledici olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
