Avropa çempionatı: Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov gümüş medal qazanıb
sizinxeber.az xəbər saytı

Avropa çempionatı: Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov gümüş medal qazanıb


Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən "Sizinxeber.az"a verilən məlumata görə, təmsilçimiz K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxıb.

O, həlledici qarşılaşmada türkiyəli Yusuf Yünaçtıya məğlub olub. Bu, qitə birinciliyində İ.Xəlilovun ikinci gümüş medalı kimi tarixə düşüb.

Qeyd edək ki, daha əvvəl digər parataekvondoçumuz Sabir Zeynalov (58 kq) yarışda gümüş medala sahib çıxıb.

Oxşar xəbərlər

Avropa çempionatı: Azərbaycan güləşçisi gümüş medala sahib çıxıb
Azərbaycan parataekvondoçusu Prezident Kubokunda gümüş medala sahibi olub
Azərbaycan parataekvondoçusu Avropa çempionatında gümüş medal qazanıb
Tofiq Əliyev Avropa çempionatında gümüş medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər