sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bolqarıstanda naqil oğurluğu səbəbindən qatarların hərəkəti dayandırılıb
Bolqarıstanın Sofiya şəhərində qatarların hərəkəti qismən iflic olub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Bolqarıstan Dəmir Yollarının (BDY) mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, 300 metrə yaxın naqil oğurlanması dəmiryol infrastrukturunun zədələnməsinə yol açıb.
Hadisə nəticəsində yanğın baş verib və azı beş qatarın hərəkət cədvəli pozulub. İlkin məlumata görə, qəzanın nəticələrinin aradan qaldırılması günün sonuna qədər davam edəcək.
BDY-dən bildirilib ki, belə hərəkətlər təkcə infrastruktura deyil, həm də sərnişinlərin və işçilərin həyatına təhlükə yaradır.
Oxşar xəbərlər
Almaniya paytaxtında qatarların hərəkəti dayanıb
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişib
Böyük Britaniya və İrlandiyada nəqliyyatın fəaliyyəti iflic olub
ADY: Qızılburun-Gilgilçay istiqamətində qatarların hərəkəti bərpa olunub
Yük maşını körpüdən dəmir yolu xəttinə aşıb, sürücü ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











