Müdafiə naziri: İsrail İrana qarşı hərəkət azadlığını qorumaq niyyətindədir
sizinxeber.az xəbər saytı

Müdafiə naziri: İsrail İrana qarşı hərəkət azadlığını qorumaq niyyətindədir


İsrail müdafiə naziri İsrael Katz ölkəsinin gələcəkdə İrana qarşı hərəkət azadlığını qorumaq istəyini bildirib.

Sizinxeber.az xəbər verir ki, o, bu barədə öz “X” hesabında Vaşinqton və Tehran arasında münaqişənin həlli üçün aparılan danışıqları şərh edərkən məlumat verib.

"İsrail gələcəkdə də İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün müstəqil hərəkət etmək qabiliyyətimizi saxlamağımızı təmin etməlidir. Baş nazir Benyamin Netanyahu və mən İsrail Müdafiə Qüvvələrinə müvafiq hazırlıq görməyi tapşırdıq", - Katz yazıb.

Qeyd edək ki, İsrail əvvəllər də İranla hər hansı bir razılaşmanın İranın nüvə proqramına qadağa qoymasını, ballistik raket proqramına məhdudiyyət qoymasını və Yaxın Şərqdə Tehranın müttəfiq qüvvələrinə dəstəyin məhdudlaşdırılmasını əhatə etməsində israr edib.

Oxşar xəbərlər

İsrael Katz: İsrail İrana qarşı hərəkət azadlığını qorumalıdır
ABŞ və İsrail MN rəhbərləri İrana qarşı sıx koordinasiyanı davam etdirməyə razılaşıblar
Katz: İsrail Livan, Suriya və Qəzzadakı təhlükəsizlik zonalarından çəkilməyəcək
İsrail müdafiə naziri: Bu, İsrail tarixində həlledici andır
İsrail və ABŞ müdafiə nazirləri telefonla danışıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər