ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
sizinxeber.az xəbər saytı

ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb


ABŞ prezidenti Donald Tramp hüquq mühafizə orqanlarının onun göstərişi ilə Venesuela ilə koordinasiyalı şəkildə “Tren de Aragua” cinayətkar qrupunun liderinə ölümcül zərbə endirdiyini açıqlayıb.

APA xəbər verir ki, Tramp bu barədə öz “Truth” hesabında məlumat verib.

"Mənim göstərişimə əsasən, ABŞ Cənub Komandanlığı ildırım zərbəsi endirərək Yer kürəsinin ən qaniçən terror təşkilatlarından biri olan “Tren de Aragua”nın məşhur lideri Nino Qerreronu uğurla öldürüb. Bu, Venesueladakı dostlarımızla sıx koordinasiyada edilib. Onlarla çox yaxşı işləyirik", - Tramp yazıb.

Tramp onu da qeyd edib ki, əvvəllər qruplaşmanı ABŞ-ın terror təşkilatları siyahısına əlavə edib.

Oxşar xəbərlər

Tramp ABŞ-nin "Tren de Aragua" qruplaşması liderinin zərərsizləşdirdiyini elan edib
Tramp Ağ Evdə Corcia Meloni ilə görüşəcək
Tramp: Venesuela qaçaq miqrantları qəbul etməyə razılaşıb
Tramp: Venesuela qanunsuz miqrantları qəbul etməyə razılaşıb
Tramp: Mənim kimi Putin də hesab edir ki, İsrail-İran müharibəsi bitməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər