Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır
sizinxeber.az xəbər saytı

Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır


Bu gün Azərbaycanda 2025-2026-cı tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində "Son zəng" çalınır.

"Sizinxeber.az" xəbər verir ki, ənənəvi tədbir hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunmalıdır.

Bu tədris ilində Azərbaycanda 116 550 şagird məzun olur. Onlardan 55 min 954 nəfəri qız, 60 min 596-sı isə oğlandır.

İşğaldan azad edilmiş ərazilərdə yerləşən 11 təhsil müəssisəsində bu il ilk dəfə "Son zəng" çalınacaq. Ümumilikdə isə həmin ərazilərdə 25 ümumi təhsil müəssisəsində "Son zəng" tədbiri keçiriləcək və 171 nəfər məzun məktəblə vidalaşacaq.

Xatırladaq ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində "Son zəng" mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Bu il bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi olaraq "Son zəng" tədbiri iyunun 14-nə düşsə də, həmin tarix bazar gününə təsadüf edir. Bu səbəbdən "Son zəng" iyunun 13-də keçirilib.

Oxşar xəbərlər

Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
Bu il azad edilmiş ərazilərdə 11 məktəbdə ilk dəfə "Son zəng" çalınacaq
Bu il 116 550 şagird məzun olur
116 minə yaxın məzun üçün "Son zəng" çalınacaq
"Son Zəng" iyunun 13-də keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər