ABŞ Ədliyyə Nazirliyi "Paramount"un "Warner Bros"u satın almasına qarşı çıxmayıb
ABŞ-nin Ədliyyə Nazirliyi "Paramount Skydance" şirkətinin media konqlomeratı "Warner Bros. Discovery" şirkətini potensial satın alınması ilə bağlı antiinhisar araşdırmasını başa çatdırıb və sövdələşmənin qarşısını almaq üçün heç bir əsas tapmayıb.
"Report"un məlumatına görə, nazirlik bu barədə 12 iyunda dərc olunmuş yazılı açıqlamada bildirib.
Sənəddə qeyd olunur ki, antiinhisar bölməsi təklif olunan birləşmənin təhlilini başa çatdırıb və sövdələşmənin rəqabətə və ya Amerika istehlakçılarına zərər verməyəcəyi qənaətinə gəlib.
Potensial sövdələşmənin dəyəri təxminən 110 milyard dollardır. Tərəflər arasında danışıqlar ötən ildən davam edir.
Daha əvvəl "Netflix" yayım xidməti də təxminən 83 milyard dollar təklif edərək Warner Bros. şirkətini satın almaqda maraqlı olduğunu bildirmişdi.
Oxşar xəbərlər
Yaponiyada “Harri Potter” qılınclarının satışı qadağan edilib
CNN yüzlərlə əməkdaşını ixtisar edəcək
"Paramount" Trampa bir müsahibəyə görə 16 milyon dollar ödəməyə hazırdır
Məşhur moda evi 1 milyard dollara satılır
ABŞ-nin “Hyatt” şirkəti “Playa Hotels”i 2,6 milyard dollara alacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
Azərbaycanda hissedilən zəlzələ olub - YENİLƏNİB-1
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
-
"Portu" Andre Silva ilə müqavilə imzalayıb
-
Cənubi Koreya - Çexiya oyununun ən yaxşı futbolçusu açıqlanıb
