sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ADY: Qızılburun-Gilgilçay istiqamətində qatarların hərəkəti bərpa olunub
Qızılburun-Gilgilçay istiqamətində ciddi zədələnmiş kontakt şəbəkə sistemi qısa müddətdə bərpa edilib, qatarların hərəkəti qrafik üzrə təmin olunub.
“Sizinxeber.az” bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə istinadən xəbər verir.
Məlumata görə, bu gün saat 04:00-da Qızılburun-Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.
Qeyd edək ki, hadisə nəticəsində həmin sahədə yanğın baş vermiş, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası dərhal hadisə yerinə cəlb edilib və yanğın qısa müddət ərzində söndürülüb.
Hazırda dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.
Oxşar xəbərlər
Yük maşını körpüdən dəmir yolu xəttinə aşıb, sürücü ölüb
Şabranda yük maşını körpüdən dəmir yolu xəttinə aşıb, iki nəfər ölüb - YENİLƏNİB
Yük avtomobili körpüdən aşaraq dəmir yolu xəttinin üzərinə düşüb
Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB -2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











