Yük maşını körpüdən dəmir yolu xəttinə aşıb, sürücü ölüb
Bu gün saat 04:00-da Qızılburun - Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.
Azərbaycan Dəmir Yollarından (ADY) "Sizinxeber.az"a bildirilib ki, hadisə nəticəsində yanğın baş verib, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası dərhal hadisə yerinə cəlb edilib və yanğın qısa müddətdə söndürülüb.
Hadisənin baş verdiyi vaxt həmin sahədə qatarlar hərəkətdə olmayıb. Hazırda yük maşınının sahədən götürülməsi üçün tədbirlər görülür və dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.
İlkin araşdırmalara əsasən dəmiryol xəttinin kontakt şəbəkəsi ciddi zədələnib və hazırda həmin istiqamət üzrə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində sürücü həyatını itirib. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Yük avtomobili körpüdən aşaraq dəmir yolu xəttinin üzərinə düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN Şirvanda yanğınla nəticələnən yol qəzası barədə məlumat yayıb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADY: Dəmir yolu xətlərinə 22 dəfə kənar əşya qoyulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda piyada elektrovoza toxunaraq bədən xəsarəti alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağbənddə müstəqillik dövrünün ilk dəmir yolu qalereyası inşa edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












