İsrael Katz: İsrail İrana qarşı hərəkət azadlığını qorumalıdır
sizinxeber.az xəbər saytı

İsrael Katz: İsrail İrana qarşı hərəkət azadlığını qorumalıdır


İsrail gələcəkdə İrana qarşı müstəqil hərəkət etmək qabiliyyətini saxlamaq niyyətindədir.

"Sizinxeber.az"un məlumatına görə, İsrailin müdafiə naziri İsrael Katz bunu "X" sosial media platformasında yazıb.

"İsrail gələcəkdə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün müstəqil hərəkət etmək qabiliyyətini qoruyub saxlamalıdır. Baş nazir Binyamin Netanyahu və mən İsrail Müdafiə Ordusuna müvafiq hazırlığı görməyi tapşırdıq",- paylaşımda deyilr.

ABŞ-İran danışıqlarına münasibət bildirən Katz qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp "Amerika maraqlarına əsaslanaraq" hərəkət edir və bu, İsrailin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq mövqeyi ilə uzlaşır.

O, həmçinin Vaşinqtonun bu siyasətə, o cümlədən raket proqramı və silahlı qruplarla bağlı fəaliyyətlərlə bağlı məsələlərdə sadiq qalacağına ümid etdiyini bildirib.

Oxşar xəbərlər

Rubio: İsrailin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq imkanı var
Netanyahu: Baş nazir olduğum müddətcə İranın nüvə silahı olmayacaq
Netanyahu: İsrail olmasaydı, İran 10 il əvvəl nüvə silahı əldə edərdi
İsrailin XİN başçısı: İranla nüvə silahı məsələsinin diplomatik həllinə hazırıq
ABŞ və İsrail MN rəhbərləri İrana qarşı sıx koordinasiyanı davam etdirməyə razılaşıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər