Macarıstan Aİ-yə tətbiq edilən rüsumlarla əlaqədar fəaliyyət planı hazırlayacaq
sizinxeber.az xəbər saytı

Macarıstan Aİ-yə tətbiq edilən rüsumlarla əlaqədar fəaliyyət planı hazırlayacaq


Macarıstan ABŞ-nin Avropa İttifaqına (Aİ) qarşı tətbiq etdiyi rüsumlarla əlaqədar milli fəaliyyət planı hazırlamaq niyyətindədir.

“Sizinxeber.az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bəyan edib.

"Macarıstan hökuməti ABŞ və Aİ arasında ticarət sazişi əldə edildikdən sonra ölkədəki iş yerlərini və istehsalatın qorunmasına yönəlmiş fəaliyyət planı hazırlayacaq", - o bildirib.

Ticarət sazişi ABŞ-nin Avropa İttifaqından daxil olan mallara 15 faiz rüsum tətbiq etməsini nəzərdə tutur.

Daha əvvəl Macarıstan hökuməti Avropa İttifaqı və ABŞ arasında bağlanmış ticarət sazişini tənqid edərək, bunun Avropanın, xüsusilə də Macarıstan maraqlarına ziyan vurduğunu qeyd etmişdi.

Oxşar xəbərlər

Macarıstan İsrailə qarşı sanksiyaları dəstəkləməyəcək
Orban ABŞ ilə Macarıstanın sərfəli ticarət sazişi bağlayacağına ümid edir
Orban Aİ və ABŞ arasında rüsumlar üzrə sazişi tənqid edib
Nazir: Avropa Komissiyası çirkli oyun oynayır
Macarıstan Avropa Komissiyasına qarşı iddia qaldıra bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər