Macarıstan İsrailə qarşı sanksiyaları dəstəkləməyəcək
Macarıstan İsrailin Qəzza zolağındakı hərbi əməliyyatı ilə əlaqədar Avropa İttifaqının sanksiya tətbiq etmək niyyətini dəstəkləməyəcək.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto israilli həmkarı Gideon Saar ilə telefon danışığından sonra bildirib.
O qeyd edib ki, Macarıstan İsrail ilə HƏMAS hərəkatı arasında atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanın əldə olunmasına ümid edir. Girovlar arasında Macarıstan vətəndaşı da var.
Nazirin fikrincə, hazırkı vəziyyətdə "dialoq zərurəti daha da artıb".
Siyarto iyulun 15-də Brüsseldə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə Aİ-İsrail Assosiasiya Şurasının işinin aktivləşdirilməsinə çağırış etmək niyyətindədir.
Oxşar xəbərlər
Peter Siyarto Ukraynadakı müharibəni dayandırmaqla bağlı çağırış edib
Siyarto: Macarıstan dünyada yeni nüvə arsenallarının yaranmasını istəmir
Macarıstan və Slovakiya Rusiyaya qarşı 18-ci sanksiya paketinin qəbul edilməsini bloklayıb
Macarıstan Aİ-nin Rusiyanın 27 fiziki şəxs və təşkilatına qarşı sanksiya tətbiqinin qarşısını alıb
Siyarto: Kiyev Macarıstanın müvəqqəti atəşkəs təklifini rədd edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
