"Bornmut" "Arsenal"ın futbolçusu Leandro Trossarla maraqlanır
sizinxeber.az xəbər saytı

"Bornmut" "Arsenal"ın futbolçusu Leandro Trossarla maraqlanır


İngiltərənin "Bornmut" klubu "Arsenal"ın futbolçusu Leandro Trossarla maraqlanır.

"Sizinxeber.az" yerli mətbuata istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi yay transfer dönəmində 31 yaşlı hücumçunu heyətinə qatmağı planlaşdırır.

"Bornmut" belçikalı oyunçunun mümkün keçid şərtlərini öyrənmək üçün "topçular"la təmasa keçib.

Onun "Arsenal"la müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir. Hazırkı ölkə çempionu bu səbəbdən təklifləri qiymətləndirmək niyyətindədir.

Xatırladaq ki, Leandro Trossar başa çatan mövsümdə 50 matçda 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

"Arsenal" yay transfer dönəmində Leandro Trossarı satmağı nəzərdən keçirir
PSJ Barkolanı satmağı planlaşdırır
"Arsenal"ın futbolçusu baş məşqçi tərəfindən maraqlı cəzaya məruz qalıb
"Çelsi" London təmsilçisinin futbolçusu ilə maraqlanır
"Arsenal" braziliyalı futbolçu ilə maraqlanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər