Nazir: Avropa Komissiyası çirkli oyun oynayır
Avropa Komissiyası maliyyələşdirmədən istifadə edərək onun siyasəti ilə razılaşmayan ölkələrə, o cümlədən Macarıstana təzyiq göstərir.
"Report" xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto "RİA Novosti"yə müsahibəsində bildirib.
"Avropa Komissiyası çirkli oyun oynayır - onlar adətən ödənişlərə "şərtlər" əlavə edirlər. Bu isə onlara siyasi baxımdan xoşlamadıqları ölkələrə və ya hökumətlərə qarşı maliyyə sanksiyaları tətbiq etmək imkanı verir. İndi Macarıstanla belə olur", - deyə nazir bildirib.
Onun sözlərinə görə, Macarıstan milli maraqlara əsaslanan vətənpərvər, mühafizəkar siyasət yürütdüyünə görə "maliyyə sanksiyaları" altındadır: "Brüsseldən təzyiq 2010-cu ildə hakimiyyətə gəldiyimiz andan başladı. O zaman aydın oldu: biz liberal ana axının bir hissəsi deyilik".
Nazir həmçinin qeyd edib ki, Macarıstan hakimiyyəti Avropa Komissiyasının deyil, öz ölkəsinin və vətəndaşlarının maraqları naminə fəaliyyət göstərir.
Ötən həftə Macarıstanın baş naziri Viktor Orban bildirib ki, əgər vəziyyət geri dönüş nöqtəsinə çatarsa, onun ölkəsi Avropa İttifaqından çıxmaq barədə düşünə bilər.
Daha əvvəl Avropa Komissiyası bəyan edib ki, Macarıstan Rusiya ilə əlaqələrinə görə Avropa İttifaqında təcrid olunub.
Oxşar xəbərlər
Macarıstan İsrailə qarşı sanksiyaları dəstəkləməyəcək
Macarıstan Avropa Komissiyasına qarşı iddia qaldıra bilər
Viktor Orban: Avropa Komissiyası müqavilələrin zəmanətçisi deyil, siyasi alət rolunu oynayır
Avropa Komissiyası Macarıstana qarşı iddia qaldırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
-
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
Əraqçi: Danışıqlar iki mərhələdə nəzərdə tutulub
-
Əraqçi: İran yüksək zənginləşdirilmiş uranı "zəiflətməyə" hazırdır
-
DÇ-2026: ABŞ - Paraqvay oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-6
