Ukrayna və ABŞ silahlanma haqda sazişlərin əsas prinsiplərini razılaşdırıb
Ukrayna prezidenti Volodimir Zelenski iyulun 30-da ABŞ ilə silah haqqında sazişlərin əsas prinsiplərini razılaşdırıb.
"Report" xəbər verir kimi, bu barədə Ukrayna lideri xalqa müraciətində bildirib.
"Bu gün həmçinin ABŞ ilə silah haqqında sazişlərimizin əsas prinsiplərini razılaşdırdım. Mən bu genişmiqyaslı sazişlər barədə prezident (Donald - red.) Trampla danışmışam. Və mən çox ümid edirəm ki, bunların hamısını həyata keçirə biləcəyik. Bu, şübhəsiz ki, hər iki ölkəni, yəni müttəfiqlərimizi, tərəfdaşlarımızı daha güclü edəcək", - Zelenski bildirib.
O qeyd edib ki, Ukrayna sülh naminə Rusiyaya təzyiq göstərmək üçün ABŞ-ın prinsipial addımlarını qiymətləndirir: "Məhz indi Rusiyanı sülhə məcbur etmək üçün hərəkət etmək lazımdır. Bəli, Moskva müharibəni davam etdirmək istəyir. Lakin bütün məsələ potensialdadır, bütün məsələ müharibə üçün resurslarda, pullardadır. Məhz buna görə də sanksiyalar faydalıdır. Məhz buna görə də təzyiq işə yaraya bilər".
Onun sözlərinə görə, indi müxtəlif səviyyələrdə tərəfdaşlarla yeni danışıqlar və görüşlər hazırlanır, onların məqsədi Ukraynanın və sülhə can atan hər kəsin mövqelərini gücləndirməkdir.
Oxşar xəbərlər
Zelenski: Ukrayna müharibəni bitirəcək diplomatk vəziyyətə yaxınlaşmaq istəyir
Zelenski: Ukrayna müharibəni bitirəcək diplomatik vəziyyətə yaxınlaşmaq istəyir
Polşa Prezidenti: Rusiyanı sülhə məcbur etmək lazımdır
Zelenski AK-nın rəhbəri ilə Rusiyaya qarşı 17-ci sanksiyalar paketini müzakirə edib
Zelenski: Almaniya və Norveç Ukrayna üçün "Patriot" alacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
-
Əraqçi: Danışıqlar iki mərhələdə nəzərdə tutulub
-
DÇ-2026: ABŞ - Paraqvay oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Əraqçi: İran yüksək zənginləşdirilmiş uranı "zəiflətməyə" hazırdır
