Tramp parlament seçkilərində qələbə qazanması münasibətilə Paşinyanı təbrik edib
ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı onun "Vətəndaş müqaviləsi" partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.
"Nikol Paşinyanı Ermənistanda keçirilən milli seçkilərdəki qələbəsi münasibətilə təbrik edirəm. Onun yenidən seçilməsini dəstəklədiyim üçün çox qürur duyuram və heç bir şübhəm yoxdur ki, Ermənistanın lideri olaraq onunla ölkə ən cəsarətli gözləntiləri belə geridə qoyacaq və uğurlu olacaq", - paylaşımda bildirilib.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 %-nin hesablanmasının yekunlarına görə, Baş nazir Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası səslərin 49,83 %-ni toplayıb.
İkinci yeri 23,28 % səs toplayan, iş adamı Samvel Karapetyanla əlaqəli olan "Güclü Ermənistan" partiyası tutub. Keçmiş Prezident Robert Koçaryanın rəhbərlik etdiyi "Ermənistan" bloku 9,93 % səs qazanıb.
Oxşar xəbərlər
Ermənistanda parlament seçkilərinin yekun nəticələri iyunun 14-də açıqlanacaq
Tokayev Paşinyanı təbrik etdi
Rubio: ABŞ Vaşinqton sülh sammitinin məqsədlərinə sadiqdir
"Exit-poll": Paşinyanın partiyası seçkilərdə səslərin 56,7%-ni toplayıb
Türkiyə XİN: Seçkidən sonrakı dövrdə Ermənistanın sülhlə bağlı daha cəsarətli addımlar atacağına ümid edirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
-
Araz çayında batan məktəblinin meyiti tapılıb
-
Sankt-Peterburqda azərbaycanlı "qanuni oğru" saxlanılıb
