Zelenski: Ukrayna müharibəni bitirəcək diplomatk vəziyyətə yaxınlaşmaq istəyir
Ukrayna öz sülh strategiyasının bir hissəsi kimi müharibəni bitirməyə kömək edəcək diplomatk vəziyyətə yaxınlaşmaq istəyir.
"Report" "RBK Ukraina"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışında deyib.
O, bildirib ki, rəsmi Kiyev müharibənin sonunu gətirə biləcək diplomatiyaya yaxınlaşmalıdır: "Bunun necə olacağı sualdır”.
"Diplomatiya güclü olarsa, Rusiyanın təkrar hücumunun qarşısını almaq mümkün olacaq. Beləliklə, Ukrayna güclü təhlükəsizlik zəmanəti alacaq. Güclü diplomatiya həm də Ukrayna və Avropa üçün davamlı, ədalətli və güclü sülhə gətirib çıxaracaq", - Ukrayna lideri əlavə edib.
O, təhlükəsizlik zəmanətlərinin Ukrayna üçün vacibliyini vurğulayıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. ABŞ Prezidenti Donald Tramp müharibəni bu il bitirmək üçün çalışacağını deyib. Zelenski isə daha əvvəl söyləyib ki, müharibənin bu il başa çatması üçün mümkün olan hər şeyi edəcək.
Oxşar xəbərlər
Zelenski: Ukrayna müharibəni diplomatik yolla bitirmək üçün hər şeyi edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: Ukrayna gələn il ədalətli sülhün təmin olunması üçün hər şeyi etməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna Prezidenti: Tramp güclü adamdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenski: Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken: Tramp Ukrayna üçün yaxşı sövdələşməyə nail ola bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












