Britaniya NATO sammitindən əvvəl müdafiə planını təqdim etməyi planlaşdırır
sizinxeber.az xəbər saytı

Britaniya NATO sammitindən əvvəl müdafiə planını təqdim etməyi planlaşdırır


Böyük Britaniyanın Baş naziri Kir Starmer NATO-nun baş katibi Mark Rütteyə gələn ay keçiriləcək Ankara sammitindən əvvəl hökumətin müdafiə investisiya planını dərc edəcəyini bildirib.

"Sizinxeber.az"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Dauninq-strit (Britaniya baş nazirinin iqamətgahı – Qeyd) nümayəndəsi məlumat verib.

"Baş nazir, ehtimal ki, Ankarada keçiriləcək NATO sammitindən əvvəl dərc olunacaq Müdafiə İnvestisiya Planının həyata keçirilməsi planlarını açıqlayıb. NATO-nun baş katibi Böyük Britaniyanın müdafiə investisiyalarının artırılmasını Alyansa və üzləşdiyimiz təhdidlərə qarşı mübarizəyə mühüm töhfə kimi alqışladı", - deyə bəyanatda bildirilib.

Agentlik qeyd edib ki, bu qərar, Böyük Britaniyanın müdafiə naziri Con Hilinin cümə axşamı ölkənin müdafiə sənayesi üçün kifayət qədər maliyyələşdirmə olmadığını əsas gətirərək istefa verməsindən sonra Starmerə qarşı artan siyasi təzyiqdən sonra qəbul edilib.

Şənbə günü Starmer və Rütte telefon danışığında NATO müttəfiqlərinin kollektiv müdafiələrini gücləndirməli və qlobal təhlükəsizliyə qarşı artan təhdidlərə daha tez cavab verməli olduqları barədə razılığa gəliblər.

Oxşar xəbərlər

Starmer NATO sammitinə qədər Britaniyanın müdafiə xərcləri planını açıqlayacaq
Böyük Britaniya müdafiə xərclərini artıracaq
Den Carvis Böyük Britaniyanın müdafiə naziri təyin edilib
Britaniya Baş naziri və NATO-nun Baş katibi Ukraynadakı vəziyyəti müzakirə ediblər
Britaniya Müdafiə Nazirliyində genişmiqyaslı islahat keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər