"Regional" BOKT 1 milyon manatlıq istiqraz buraxır
sizinxeber.az xəbər saytı

"Regional" BOKT 1 milyon manatlıq istiqraz buraxır


"Regional" MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" (BFB) QSC-də 1 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz yerləşdirməyə hazırlaşır.

"Sizinxeber.az" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 16 %-dir. Faizlər aylıq ödəniləcək.

Prosesin anderrayteri "Xalq Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Oxşar xəbərlər

"Azərmaş Group" 10 milyon dollarlıq istiqraz buraxır
“Azərbaycan Beynəlxalq Bankı” 100 milyon manatlıq istiqraz buraxır
“International” BOKT-un istiqrazları listinqə daxil edilib
Azərbaycan şirkətinin istiqrazları üzrə hərracın tarixi açıqlanıb
"Prior Leasing"in istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər