Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb
sizinxeber.az xəbər saytı

Flora Kərimova xəstəxanaya yerləşdirilib, sənətkarın müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb


Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.

Sizinxeber.az xəbər verir ki, sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib. O, həkimlərlə görüşərək müalicə prosesinin gedişi barədə ətraflı məlumat alıb.

Sənətkarın yaxınlarının verdiyi məlumata əsasən, Flora Kərimovanın vəziyyəti hazırda həkim nəzarəti altında stabildir və sağlamlığının bərpası istiqamətində bütün zəruri tibbi tədbirlər görülür.

Oxşar xəbərlər

Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Məhkəmə Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində şikayəti ilə bağlı qərar verib
Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində şikayəti ilə bağlı qərar verilib, tərəflər barışıb
Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub
Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər