Zelenski AK-nın rəhbəri ilə Rusiyaya qarşı 17-ci sanksiyalar paketini müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Komissiyasının sədri Ursula fon der Leyen müharibəni mümkün qədər tez bitirmək üçün tədbirləri və Avropa İttifaqının Rusiyaya qarşı 17-ci sanksiyalar paketini müzakirə ediblər.
“Sizinxeber.az” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Zelenski görüşün yekunları üzrə özünün Telegram kanalında bildirib.
Zelenski qeyd edib ki, AK rəhbəri ilə görüş müsbət ruhda keçib və ukraynalıların həyatının qorunmasına, təhlükəsizliyin bərpasına və qeyd-şərtsiz atəşkəsin yaxınlaşmasına kömək edəcək addımlara həsr olunub.
"Aİ-nin 17-ci sanksiyalar paketinin hazırlanmasına xüsusi diqqət yetirilib. Onun Rusiya iqtisadiyyatının əsas sektorlarına yönəldilməsi və sülhün bərpası üçün Rusiyaya təzyiq elementlərindən birinə çevrilməsi vacibdir", - Ukrayna prezidenti vurğulayıb.
Həmçinin, onun sözlərinə görə, Avropa Komissiyasının rəhbəri ilə görüşdə xüsusilə Ukrayna ilə Aİ arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
Oxşar xəbərlər
KİV: Aİ səfirləri noyabrın 27-də Rusiyaya qarşı 15-ci sanksiyalar paketini müzakirə edəcək
Aİ fevralın 24-dək Rusiyaya qarşı 16-cı sanksiyalar paketini qəbul etmək istəyir
Aİ Ukrayna ilə müharibənin növbəti ildönümünə qədər Rusiyaya qarşı sanksiyalar hazırlayır
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketini hazırlamağa başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
