Rusiya ordusu Ukraynanın Donetsk və Sumı vilayətlərini atəşə tutub, ölənlər var
Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətinin şəhər və kəndlərini təxminən 70 dəfə, Donetsk vilayətinin yaşayış məntəqələrini isə 19 dəfə atəşə tutublar.
“Report”un “İnterfaks-Ukrayna”ya istinadən verdiyi məlumata görə, bu mərmilər nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.
Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə Mərkəzinin məlumatına görə, Sumı vilayətində iki mülki şəxs minaya düşərək həlak olub, daha dörd nəfər isə Rusiya ordusuna məxsus pilotsuz uçuş aparatının zərbələri nəticəsində yaralanıb.
Həmçinin qeyd edilib ki, son 24 saat ərzində Konstantinovka və Mirnoqrad şəhərlərindən iki dinc sakin həlak olub, daha üç Donetsk vilayəti sakini yaralanıb.
Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkinin sözlərinə görə, şənbə günü cəbhə xətti boyunca 511 nəfər, o cümlədən 61 uşaq təxliyə edilib.
Oxşar xəbərlər
Rusiyanın Mirnoqrada endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb
Rusiya Ukraynanın Sumı və Donetsk vilayətlərində yeni yaşayış məntəqələrini ələ keçirib
Ukraynanın Konstantinovka şəhəri atəşə tutulub: 10 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukraynada Donetsk vilayətində kütləvi atəş nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb
Donetsk vilayətində avtobus qəzasında 3 nəfər ölüb, 26 nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













