Ukrayna dronları Rusiyanın ən böyük kimya zavodlarından birini vurub
sizinxeber.az xəbər saytı

Ukrayna dronları Rusiyanın ən böyük kimya zavodlarından birini vurub


Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın Tula vilayətində yerləşən “Novomoskovsk Azot” kimya zavoduna zərbə endirib.

Bu barədə UNIAN Rusiya mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib. Yerli sakinlər bir neçə partlayış səsi eşitdiklərini bildiriblər. Tula vilayətinin qubernatoru Dmitri Milyayev də pilotsuz aparatların hücumunu təsdiqləyib.

Bildirilir ki, “Novomoskovsk Azot” Rusiyanın ən iri kimya müəssisələrindən biridir. Zavod ammonyak, azot gübrələri, metanol, xlor, azot turşusu və digər kimyəvi məhsullar istehsal edir. Müəssisə “EuroChem” şirkətlər qrupuna məxsusdur.

İlkin məlumata əsasən, hadisə nəticəsində ölən olmayıb, iki nəfər yüngül xəsarət alıb.

Qeyd edək ki, bu, son həftələrdə “Novomoskovsk Azot” zavoduna edilən ilk hücum deyil. Daha əvvəl də müəssisənin dron hücumlarına məruz qaldığı və fəaliyyətinin müvəqqəti dayandırıldığı bildirilmişdi.

Oxşar xəbərlər

Rusiyada PUA-nın düşməsi nəticəsində “Azot” zavodunda yanğın baş verib
Ukrayna Rusiyanın raket üçün helium qazı istehsal edən yeganə zavodunu vurub
Ukrayna PUA-ları Rusiyanın Tula vilayətindəki neft anbarına hücum edib
Ukrayna səkkiz gün ərzində ikinci dəfə Permdə "Lukoyl"un zavoduna zərbə endirib
KİV: Ukrayna Kurskda Rusiyanın PUA bazasını vurub: 20-yə yaxın hərbçi ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər