Ukraynada Donetsk vilayətində kütləvi atəş nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Ukraynada Donetsk vilayətində kütləvi atəş nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb


Ukraynada Donetsk vilayətində Rusiya Silahlı Qüvvələrinin atəşi nəticəsində son sutka ərzində dörd mülki şəxs ölüb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ukraynanın Milli Polisinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

“Dörd ölü və doqquz yaralı dinc sakin: Donetsk polisi Rusiyanın atəşlərinin nəticələrini qeydə alıb. Bir sutka ərzində Rusiya cəbhə xətti və yaşayış massivinə 3 449 zərbə endirib", - məlumatda deyilir.

Qeyd olunub ki, 72 mülki obyekt, o cümlədən 38 yaşayış evi dağıntıya məruz qalıb, avtomobillər, təhsil müəssisələri və mağazalar zərər görüb.

Bundan başqa, 8 iyun gecə yarısından sonra Rusiya Kramatorsk, Lıman, Vısokopillya, Krınıtsya, Stepanivka, Şevçenko yaşayış məntəqələrinə 15 atəş həyata keçirib. Kramatorsda bir nəfərin yaralandığı bildirilir.

Oxşar xəbərlər

Rusiya ordusu Ukraynanın Donetsk və Xarkov vilayətlərində yaşayış məntəqələrini ələ keçirib
Rusiya qoşunları Ukraynada daha bir yaşayış məntəqəsi ələ keçirib
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb
Donetsk vilayətində avtobus qəzasında 3 nəfər ölüb, 26 nəfər yaralanıb
Rusiya qoşunları Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər