Rusiyanın Mirnoqrada endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb
Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Mirnoqrad şəhərinə aviazərbə endirib, nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Donetsk Vilayət Prokurorluğu və Donetsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkinə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanları Rusiya ordusunun bu gün Mirnoqrada iki dəfə zərbə endirdiyini bildiriblər. İlk zərbə zamanı 72 yaşlı şəhər sakini aldığı yaralardan ölüb. İkinci zərbə isə pilotsuz uçuş aparatları ilə edilib və şəhərin girişində avtomobilin nişan alınması ilə 63 yaşlı qadın və 75 yaşlı kişi ölüb.
Bundan əlavə, şəhərin mərkəzində iki nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdirilib.
Oxşar xəbərlər
Donetsk vilayətində avtobus qəzasında 3 nəfər ölüb, 26 nəfər yaralanıb
Rusiya Dneprə zərbə endirib, ölənlər və yaralananlar var
Rusiya Donetskin kəndini atəşə tutub, yaralananlar var
Rusiya Dneprə raket zərbəsi endirib, ölən var
Rusiyanın zərbələri nəticəsində Dneprdə 1 ölü, 5 yaralı, Nikopolda 13 yaralı var - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













