Amerikalı senator: Ukraynaya silah tədarükü rekord səviyyəyə çata bilər
“Qərbin Ukraynaya silah tədarükünün sürəti və həcmi tezliklə rekord səviyyəyə çata bilər”.
“Report” xəbər verir ki, bu fikri ABŞ senatoru Lindsi Qrem CBS telekanalına müsahibəsində bildirib.
Qrem ABŞ rəhbəri Donald Trampın keçmiş lider Co Baydenin administrasiyası tərəfindən prezidentə fövqəladə hallar zamanı Konqresin icazəsi olmadan xarici tərəfdaşa silah tədarük etməyə imkan verən PDA (Prezident Drowdown Authority - Qeyd) mexanizmi vasitəsilə ayrılmış 3,85 milyard dollardan çox vəsaitdən istifadə edə biləcəyi sualına müsbət cavab verib.
Senator Trampın bu hüququndan istifadə edəcəyinə əminliyini ifadə edib. Eyni zamanda, Qrem hesab edir ki, bu pul Ukraynaya kifayət etməyəcək:
“Gözləyirəm ki, yaxın günlərdə siz Ukraynaya özünü müdafiə etmək üçün rekord səviyyədə silah tədarükünü görəcəksiniz”.
Senator həmçinin əmindir ki, Tramp yaxın günlərdə Rusiya və tərəfdaşlarına qarşı yeni sanksiyalar və rüsumlar tətbiq edə biləcək.
Oxşar xəbərlər
Tramp Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini dəstəkləyir
KİV: Tramp dondurulmuş 5 milyard dollarlıq Rusiya aktivlərini Ukraynaya verə bilər
Tramp: "Bayden faktiki olaraq bütün silahları Ukraynaya verib"
Ukraynaya silah tədarükü ilə bağlı qrupun iclası keçiriləcək
KİV: ABŞ Tramp-Zelenski görüşündən sonra Ukraynaya silah tədarükünü dayandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
