Tramp Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini dəstəkləyir
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Konqres Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini qəbul etməlidir.
"Report" xəbər verir ki, bunu respublikaçı senator Lindsi Qrem "ABC News"a müsahibəsində deyib.
“Dünən mən prezidentlə qolf oynayanda o, ilk dəfə mənə dedi ki, bu qanun layihəsi ilə irəliləməyin vaxtıdır”, - senator bildirib.
L.Qrem Senatın iyulda Rusiyaya qarşı yeni sanksiyalara dair qanun layihəsinə baxacağını gözləyir.
Qanun layihəsi aprelin əvvəlində Senat üzvlərindən ibarət ikipartiyalı qrup tərəfindən təqdim edilib. Sənədin əsas müəllifləri senatorlar Lindsi Qrem və Riçard Blumentaldır. Layihə Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları nəzərdə tutur. Senatorların təklifinə Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrdən ABŞ-yə idxala 500% idxal rüsumları daxil edilib.
"Rusiyadan mal alsanız və Ukraynaya kömək etməsəniz, ABŞ-yə tədarükünüzə 500 % rüsum qoyulacaq. Hindistan və Çin Rusiya neftinin 70 %-ni alır, bu qanun layihəsi belə ölkələrə rüsumlar tətbiq etməyə imkan verəcək", - Qrem söyləyib.
Oxşar xəbərlər
Tramp Senatdan Rusiyaya qarşı sanksiyalara hələlik baxmamağı xahiş edib
ABŞ senatı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır
ABŞ Konqresinə Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsi təqdim olunacaq
Rusiya Ukrayna ilə sazişdən imtina edərsə, ABŞ ona sanksiyalar tətbiq edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













