AZCON Holding və “IE Business School” arasında əməkdaşlıq çərçivəsində “Global Executive Development Program”a start verilib
AZCON Holding və “IE Business School” arasında 13 mart 2026-cı il tarixində qurulmuş strateji əməkdaşlıq çərçivəsində “Global Executive Development Program”a start verilib.
“AZCON Corporate Academy” platformasının çətiri altında strateji rəhbərlər üçün hazırlanmış və ilin sonunadək davam edəcək proqram qlobal liderlik trendləri, müasir idarəetmə yanaşmaları və təşkilatın inkişaf prioritetləri nəzərə alınmaqla formalaşdırılıb və Holdinqin uzunmüddətli strateji hədəfləri ilə uyğunlaşdırılıb.
Proqram çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti liderlik bacarıqlarının inkişaf etdirilməsi, idarəetmədə vahid yanaşmanın gücləndirilməsi, təşkilati sinerjinin artırılması və transformasiya yönümlü idarəetmə bacarıqlarının formalaşdırılması istiqamətində qabaqcıl inkişaf modullarında iştirak edir.
Təşəbbüs, eyni zamanda AZCON Holding qarşısında nizamnamə ilə müəyyən edilmiş insan kapitalının idarə olunması istiqamətlərini, o cümlədən vahid liderlik standartlarının formalaşdırılması, təşkilati potensialın gücləndirilməsi, davamlı peşəkar inkişafın təşviqi və müasir idarəetmə yanaşmalarının tətbiqini dəstəkləyən strateji tədbirlər planının mühüm tərkib hissəsidir.
Proqram AZCON Holding-in davamlı inkişaf və əlaqələndirmə dəyərlərinə uyğun olaraq rəhbərlərin strateji düşüncə tərzini və dəyişikliklərin idarə olunması bacarıqlarını inkişaf etdirir. Eyni zamanda Holdinq daxilində daha inteqrasiya olunmuş, yüksək performanslı və qarşılıqlı fəaliyyətə əsaslanan liderlik mühitinin formalaşdırılmasına xidmət edir.
Oxşar xəbərlər
WUF13-də ada dövlətlərinin çağırışlarını əks etdirən video nümayiş olunub - VİDEO
“AzInTelecom" və "Azercell”in çağrı mərkəzləri birləşdirilib
“Aztelekom” MMC yenidən təşkil edilib
“Aztelekom” MMC-nin yenidən təşkili qeydə alınıb
AZCON-un Kommunikasiya şöbəsinə rəhbər təyin edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
